Türkiyə və Azərbaycan dostluğunun zəngin tarixi keçmişi vardır.Bu dostluq 1918-ci ildə Azərəbaycan Xalq Cumhuriyyətini ilk tanıyan Osmanlı höküməti olması ilə başlamışdı.Daha sonra erməni-bolşeviklərinə qarşı mübarizə zamanı Azərbaycan Osmanlı hökümətindən yardım istəmişdi və Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlmişdi.
1991-ci il oktyabrı 18 də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra,bu müstəqilliyi ilk tanıyan ölkə yenə də Türkiyə olmuşdu.Türkiyə Respublikası Nazirlər Kabinetinin 1991-ci il noyabrın 9-da keçirilən iclasında Azərbaycan Respublikasının müstəqilliyinin tanınması haqqında qərar qəbul edilmişdi.
1992-ci ilin yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılmışdır.1992-ci ilin fevral ayında Azərbaycan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında və iki dövlət arasında vizasız gediş-gəlişə dair məktub mübadiləsi haqqında sazişlər imzalanmışdır.
Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış“Birgə Bəyanat”strateji əməkdaşlığın təməl daşı olmuşdur.Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı.Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının hərtərəfli əlaqələrini dəstəkləmişdi.
1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə Səfirliyi,1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində Baş konsulluğu açıldı.12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Baş konsulluğu təsis edilmişdir.Eyni zamanda,Türkiyənin Bakıda Səfirliyi,Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Ermənistan-Azərbaycan münaqişəsinin ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun haqlı tələblərini ardıcıl müdafiə etmiş,respublikamızın ərazi bütövlüyünün və suveren hüquqlarının təmin olunması üçün böyük səylər göstərmişdir.Türkiyə 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədləri bağlayaraq ona qarşı sanksiya tətbiq edən yeganə region dövləti olmuş və eyni zamanda Azərbaycan Ordusunun güclənməsinə aktiv dəstək vermişdir.
Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu Türkiyə arasında olan dostluq istiqamətini yüksələn xətt üzrə inkişaf etdirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi.Ankarada aparılan danışıqlardan sonra fevralın 9-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol,elmi,texniki,mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş,dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə,siyasi məsləhətləşmələr barədə saziş,investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.
1995-ci il dekabrın 7- 9 da Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Birgə Bəyanat və iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi.
1996-cı ildə iki ölkə arasında hərbi,texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imzalandı.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev,Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair”saziş imzaladılar.Eyni zamanda,“Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasını həyata keçirmək haqqında qərar verdilər.Bununla yanaşı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ildən-ilə genişlənərək,Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasında,hərbi təlimlərin keçirilməsində,maddi-texniki bazanın möhkəmləndirilməsində və ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.
İki ölkə arasında əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15- də Türkiyəyə rəsmi səfəri mühüm rol oynadı.Səfər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında birgə bəyanat,mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokollar və s. sənədlər imzalandı.Səfər zamanı İlham Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək demişdi:“Türkiyəni özümə vətən hesab edirəm.Amma Prezident kimi bu,mənim ilk səfərimdir.Bu gün tam qətiyyətlə deyə bilərəm ki,bu səfər iki ölkə arasında olan münasibətlərin inkifaında mühüm rol oynayacaqdır”
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr reallaşdırılıb.13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınıb və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilib.2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib.Bu layihələrin həyata keçirilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələlərin güclənməsində və ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni bir səhifə açmışdır.
16 avqust 2010-cu il tarixində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə” imzalanmışdır.
30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbili-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı,xalqlarımızın rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb etdi.Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən və XXI Əsrin layihəsi adlandırılan Trans-Anadolu Qaz Boru Kəməri – TANAP 2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib.
Trans-Adriatik Boru Kəməri – TAP isə 2021-ci ildən etibarən Azərbaycan qazını Avropaya nəql edir.Bu layihələrin reallaşması Türkiyə və Azərbaycan arasında səmimi dostluq,həmçinin iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirilməsinə xidmət edirdi.
Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmişdir və bununla yanaşı 2020-ci ildə Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında,işğal olunmuş torpaqların azad olunmasında,Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının diplomatik və mənəvi-siyasi dəstəyi yüksəkdir.Bununla bağlı Prezident İlham Əliyev 9 oktyabr 2020-ci ildə “CNN International” televiziya kanalına verdiyi müsahibəsində demişdi: “Türkiyə bizə dəstək göstərir,lakin bu,siyasi dəstəkdir,bu,diplomatik dəstəkdir.Bu dəstək olmasaydı,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil,Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı,çox güman ki,bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı.”
10 dekabr 2020-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na əsasən iki ölkənin aidiyyəti qurumları arasında informasiya,kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndirilir və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçirilir.
15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında” bəyannamə imzalamışlar.
“Şuşa Bəyannaməsi”ndə Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik,suverenlik,ərazi bütövlüyü,beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı,dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduqları təsbit edilir.Həmçinin Tərəflərdən hər hansı birinin onun müstəqilliyinə, suverenliyinə,ərazi bütövlüyünə,beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,Tərəflər birgə məsləhətləşmələr apararaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcəklərini,bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklərlərini öhdələrinə götürmüşlər.
26 oktyabr 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Həm geosiyasi,həm də iqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Naxçıvan üzərindən Azərbaycanla Türkiyəni dəmiryol və avtomobil yolları ilə bir-birinə bağlayacaq.Bu yolla Türkiyə ilə türk dünyasının süni şəkildə qırılmış tarixi bağları bərpa olunacaq.
10 mart 2022-ci ildə Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü zamanı iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
6 fevral 2023-cü ildə qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması,on minlərlə insanın xəsarət alması Azərbaycan xalqını dərindən sarsıtdı,kədərləndirdi.Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr,həmçinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə yola salındı.Yardımların göndərilməsi sonrakı günlərdə də fasiləsiz davam etdirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin sentyabrında ölkəmizə rəsmi səfəri İğdır–Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi ilə yanaşı,müdafiə sənayesi müəssisəsinin açılışı ilə də yadda qaldı.Eyni zamanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar.Həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları,ibtidai məktəb,uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin imzalanması iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu göstərən faktorlardan biridir.Bundan başqa “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” bütün sahərlədə qarşılqılı faydalı əməkdaşlığın dada da genişlənməsini ehtiva edir.
9 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.Həmçinin,PUA Akademiyasında yaradılan şəraitlə tanış olublar.Müdafiə naziri generalpolkovnik Zakir Həsənov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz,kədəri bizim kədərimizdir”,Ümümmilli Lider Heydər Əliyevin “Bir millət,iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir.Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.Köklərə və qardaşlığa söykənən,hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi,iqtisadi-ticari,humanitar,hərbi və s.bütün sahələrdə çox uğurla inkişaf etməkdədir.
Son 30 il ərzində Azərbaycanla Türkiyə arasında xarici siyasətlə bağlı 400-ə yaxın sənəd – saziş,müqavilə,memorandum,protokol,bəyannamə,razılaşma və sərəncam imzalanmışdır.
Yaşasın Türkiyə Azərbaycan Əməkdaşlığı və qardaşlığı!
Abasov Elnur Ədalət oğlu İcimai Xadim