Bahar gəlir bizim azad ellərə,
Mahnı qonur dodaqlara,dillərə
Parlaq günəş meydan açır güllərə
Qaranquşun mujdəsidir NOVRUZUM!
Xalqımızın uca tutduğu Novruz bayramının çox qədim tarixi var.O bizə ulu keçmişimizdən zərdüştlük dövründən yadigar qalib.Məlumdur ki,xalqımız keçmişdə zərdüştlük dininə sitayiş etmiş,odu müqəddəs sanmışdır.Novruz bayramının bir çox adət- ananələrində də atəşpərəstliyin izləri aydın görünür.Novruz sözünün mənası bolluq deməkdir.Buna görə də bu bayram xalqımızın yaddaşında bərəkət,bolluq rəmzi kimi qalmışdır.
Su və odla bağlı maraqlı ənənələr var.Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma,təmizlənmə əlamətidir.
İlk çərşənbə Su çərşənbəsi adlanır.Su çərşənbəsi adətən havaların yavaş - yavaş isinməyə başladığı,çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır.Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir.Bu çərşənbədən etibarən bəzi ağaclarda tozlanma başlayır.Bu isə demək olar ki,küləyin hesabına əmələ gəlir.Necə ki,tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı,Od çərşənbəsində torpağı qızdırdı,yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır.Əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.Novruz bayramı zamanı məhəllələrdə,xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı - qapı gəzib bayram payı toplayır,müxtəlif oyunlar keçirirlər.Novruzun bir bəzəyi də kosa və keçəldir.Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir,onları əyləndirirlər.Novruz bayramı zamanı olub - keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir.Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur.Novruz bayramı xalqımızın həyata nikbin baxışının,təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır . İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır.Yurdumuza Novruz gəlir,bahar gəlir,yaz gəlir.Qaranquşların qanadında,yavaş - yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların,gül - çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu,yurdumuzun baharı!
Bu münasibət ilə başda Müzəffər Ali Baş Komandanımız Cənab İlham Heydər oğlu Əliyev olmaqla,bütün Azərbaycan xalqının NOVRUZ bayramını təbrik edirəm!
Abasov Elnur Ədalət oğlu İctimai xadim