8 MART Beynəlxalq Qadınlar Günü
Bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir,hamınıza cansağlığı,səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayaq olmuşlar.Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır.
Bu bayram doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır.Çünki bu,qadınlara həsr olunubdur.İnsan cəmiyyətində qadının rolu,əhəmiyyəti məlumdur.Qısaca onu demək olar ki,qadınsız insan yoxdur,qadınsız həyat yoxdur.Qadınlar cəmiyyətdə,həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı,ona göstərilən yüksək qiymətə layiqdirlər ki,onlar anadırlar...Bu gün də ölkəmizin ictimai - siyasi həyatında müstəsna yeri olan,beynəlxalq aləmdə dövlətimizin adını uca edən,milli-mənəvi dəyərlərimizi qoruyaraq dünyada təbliğ edən Mehriban xanım Əliyeva kimi,eyni zamanda vətən və dövlət üçün Şəhidliyi gözə alan mərd övladlar yetişdirən qəhrəman analar müasir tariximizin səhifələrini zənginləşdirərək,milli kimliyimizin təsdiqində xüsusi rol oynayırlar.Qadınların ürəyinin böyüklüyünə heyrətlənməmək mümkün deyil.Ən çətin və çıxılmaz anlarda belə ümid dolu olur,bəşəriyyətin sülhə nail olmasına öz töhvələrini verirlər.Bu gün xüsusi olaraq vətənimiz,dövlətimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdıraraq Vətən müharibəsi günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid vermiş qəhrəman analarının qarşısında baş əyirəm.İnanıram ki,Azərbaycan qadını hər zaman olduğu kimi böyük ürəyi və zəngin mənəviyyatlı ilə bundan sonrada müasir cəmiyyətimizin formalaşmasında xüsusi rola malik olcaqdır.
Abasov Elnur Ədalət oğlu
İctimai Xadim.
Ekleme
Tarihi: 08 Mart 2024 - Cuma

Yazıya ifade bırak !
Bu yazıya hiç ifade kullanılmamış ilk ifadeyi siz kullanın.
Okuyucu Yorumları
(0)
Yorumunuz başarıyla alındı, inceleme ardından en kısa sürede yayına alınacaktır.