Abasov Elnur Ədalət oğlu,
içtimai xadim
Qədim tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün qardaş həmrəyliyi, ortaq hədəflərə yönəlmiş qarşılıqlı səylər və sarsılmaz iradə əsasında inkişaf etdirilir. Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “bir millət iki dövlət” ifadəsi yeni dövrdə iki dövlət arasında olan münasibətlərin səciyyəvi xüsusiyyətlərinin çox gözəl və obrazlı mücəssəməsidir. Bu münasibətlərin tarixi kökləri ulu oğuz keçmişinə, orta əsrlərə, xanlıqlar dövrünə gedib çıxır. Azərbaycan və Anadolu türk-islam toplumlarını ortaq etnomədəni mirasdan qaynaqlanan ümumi dəyərlər və keyfiyyətlər birləşdirir. Ona görə də təsadüfi deyildir ki, 1918-ci ilin iyunun 4-də Batumda imzalanan sülh və dostluq sazişi ilə məhz Osmanlı hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət olmuşdur. Məhz qardaşlıq ülfətinin bariz ifadəsi idi ki, 1918-ci ilin martından bəri Azərbaycan xalqının insanlıq faciəsinə düçar etmiş erməni vəhşəti Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusunun şücaəti və rəşadəti sayəsində dayandırılmışdı. Sovet dönəmində bu münasibətlər obyektiv səbəblər üzündən kəsilsə də, 1991-ci ildə SSRİ dağıldıqdan sonra bərpa olunmuşdur. Belə bir fakt da diqqətəlayiqdir ki, Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra onu tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdur.
1992-ci il yanvarın 14-dən etibarən Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər quruldu. Tezliklə Bakıda Türkiyə səfirliyi açıldı. Türkiyənin 1993-cü ildə Kəlbəcərin işğalından sonra qəsbkar Ermənistanla sərhədlərini bağlaması bir millət iki dövlət şüarını əməli müstəviyə çıxardı. 1992-ci ildə Azərbaycanla Türkiyə arasında bu sahələrdə əməkdaşlığı əhatələyən 13 mühüm saziş imzalandı. Həmin il noyabrın 2-də qəbul olunan iki önəmli sənədlə – ticari-iqtisadi sahədə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması haqqında sazişlərlə Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlərin hüquqi bazası yaradıldı. O zamandan etibarən, Türkiyə iş adamları Azərbaycana yatırımlar qoymağa başladılar.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra iki qardaş ölkə arasındakı münasibətlər özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Onun “bir millət iki dövlət” prinsipi iki qardaş dövlətin qarşılıqlı əlaqələrinin fəlsəfəsinə çevrildi. Azərbaycan rəhbərinin bilavasitə təşəbbüsü və iştirakı ilə 1994-cü ilin fevralında müxtəlif sahələrdə Türkiyə ilə 16 müqavilə imzalandı. Bu müqavilələr toplusu münasibətlərimizi yeni səviyyəyə yüksəltdi.
Azərbaycanla Türkiyə arasında 1994-cü ildə ikiqat verginin aradan qaldırılması haqqında sazişin imzalanması Türkiyə iş adamlarının Azərbaycandakı yatırımlarının həcmini artırmağa təşviq etdi. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri yeni keyfiyyət mündəricəsi qazanmış oldu.
Azərbaycan-Türkiyə hökumət çevrələri və iqtisadi strukturları qaz və neft sahəsində bir sıra müştərək layihələr həyata keçirdi. 2006-cı ilin 13 iyulunda açılan Bakı-Tiflis-Ceyhan neft kəməri hər iki dövlətin enerjidaşıyıcıları əməkdaşlığı sahəsində yeni tərəqqi mərhələsindən xəbər verirdi. Həmçinin qaz sahəsində 2006-cı ildə istismara verilən Bakı-Tiflis-Ərzurum qaz kəməri, eləcə də 2011-ci ilin oktyabrın 26-da imzalanan İzmir qaz tranziti sazişi bu münasibətlərin daha da təkmilləşməsinə xidmət edirdi.2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti dərin məna daşıyır: o Azərbaycanın tranzit yükdaşımalarında önəminin artmasının göstəricisi olmaqla yanaşı, habelə Azərbaycan və Türkiyənin vahid nəqliyyat-kommunikasiya sistemini formalaşdırmasına yardım edir.
Hərbi sahədə əməkdaşlıq 2010-cu il avqustun 16-da imzalanan “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilədən sonra yeni səviyyəyə yüksəldildi. İndidən belə ölkələrimiz bu mürəkkəb dünyamızda ümumi hədəflər istiqamətində uzlaşdırılmış fəaliyyət sərgiləməkdədir. Qeyd etmək lazımdır ki, hərbi silah və sursatın ildən ilə artan və genişlənən birgə istehsalı dinamik inkişafda olan qarşılıqlı münasibətlərin məntiqi təzahürüdür. Bu, Azərbaycanın hərbi sənaye kompleksinin inkişafına təkan verməklə, ölkəmizin hərbi qüdrətinin artmasına kömək edir. 10 dekabr 2020-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na əsasən iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndirilir və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçirilir.
15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında” bəyannamə imzalamışlar. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduqları təsbit edilir. Tərəflərin regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərdikləri qeyd edilir.Əminliklə söyləyə bilərik ki, Azərbaycan və Türkiyə tədricən vahid hərbi-strateji sistem yaradılmasına doğru istiqamət götürmüşlər. Bu, hər iki dövlətin fundamental maraqlarına cavab verməklə, regionun təhlükəsizlik perspektivlərinə də özünün müsbət təsirini göstərəcəkdir.
26 oktyabr 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Həm geosiyasi, həm də iqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Naxçıvan üzərindən Azərbaycanla Türkiyəni dəmiryol və avtomobil yolları ilə bir-birinə bağlayacaq. Bu yolla Türkiyə ilə türk dünyasının süni şəkildə qırılmış tarixi bağları bərpa olunacaq.
30 il ərzində iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi hər zaman varlığını göstərmişdir. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmişdir. Azərbaycan xalqı 2020-ci ildə Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının diplomatik və mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Bununla bağlı Prezident İlham Əliyev 9 oktyabr 2020-ci ildə “CNN International” televiziya kanalına verdiyi müsahibəsində demişdi: “Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı”.
Son olaraq, Heydər Əliyevin 1999-cu ildəki çıxışından bir fraqmenti gətirmək istərdim:
-“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bütün dünya xalqları içərisində dostluq və qardaşlıq üçün örnəkdir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, bu dostluğu özümüz üçün böyük dayaq kimi qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı bu dostluğa, qardaşlığa əbədiyyətə qədər sadiq olacaqdır.”
Bir millət iki dövlət

Ekleme
Tarihi: 02 Mart 2024 - Cumartesi
Bir millət iki dövlət
Yazıya ifade bırak !
Bu yazıya hiç ifade kullanılmamış ilk ifadeyi siz kullanın.
Okuyucu Yorumları
(2)
Yorumunuz başarıyla alındı, inceleme ardından en kısa sürede yayına alınacaktır.