deneme bonusu grandpashabet güncel adres giriş onwin grandpashabet grandpashabet marsbahis giriş marsbahis marsbahis giriş marsbahis giriş marsbahis giriş deneme bonusu 2023

Elnur ABASOV
Köşe Yazarı
Elnur ABASOV
 

Sağalan deyildir Xocalı dağı...

Azərbaycanı Şərqdə doğan ilk Günəş, Şərqin qapısı adlandırırlar. 1918-ci il mayın 28-də Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdi. O zaman xain qüvvələr Azərbaycanda çaxnaşma yaratmaq, qazanılmış dövlət müstəqilliyini ləğv olunması üçün nələrə əl atmadılar. 1920-ci il aprelin 27-dən 28-ə keçən gecə Rusiyaya məxsus XI Qızıl Ordu hissələri Azərbaycana daxil olaraq Azərbaycan Demokratik (Xalq) Cümhuriyyətinin süqut etdiyini, yeni – Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığını elan etdilər. Azərbaycan, keçmiş SSRİ-nin tabeçiliyində olan 15 müttəfiq Respublikadan biri kimi öz dilini qoruyub saxladı. İqtisadiyyatın müxtəlif sahələrində xeyli uğurlar qazandı. Tarixə II Dünya müharibəsi kimi düşmüş savaş zamanı Azərbaycanın neft sənayesi öz sözünü dedi. 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində Azərbaycan xalqı tarixi qələbənin qazanılması üçün var qüvvə ilə çalışdı. Nəticədə 1945-ci il mayın 9-da Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. Yeraltı və yerüstü sərvətlərimizə görə torpaqlarımıza qənim kəsilən düşmənlər fürsət düşən kimi 1988-ci il fevralın 12-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran və Xankəndi şəhərlərində mitinqlərə başladılar. Onlar Muxtar Vilayətin Ermənistana birləşdirilməsi ilə əlaqədar məsələ qaldırdılar. Təəssüflər olsun ki, keçmiş SSRİ Rəhbərliyi, şəxsən Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi M.S.Qorbaçov erməniləri müdafiə etdi. Qafqazda Milli münaqişə ocağı yaradan SSRİ Rəhbərliyi istəyinə qismən də olsa nail oldu. Bütün sıxıntılara baxmayaraq Azərbaycan 1918-ci il aprelin 28-də itirdiyi dövlət müstəqilliyini bərpa etdi. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. SSRİ-nin sələfi olan Rusiya Federasiyasının Rəhbərliyi Qarabağda su yerinə qan axıtmaq üçün gizli planları işə saldı. 1991-ci il dekabrın 15-də Xocalı rayonunun Cəmilli kəndi, dekabrın 23-də Meşəli kəndi, dekabrın 28-də Kərkicahan qəsəbəsi, 1992-ci il fevralın 11-də Quşçular, fevralın 12-də  Malıbəyli kəndləri, fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi, fevralın 26-da isə Xocalı şəhəri işğal edildi. Rusiyaya məxsus 366-cı Motoatıcı Alayın şəxsi heyətinin bilavasitə köməyilə 7 min nəfərdən çox əhalisi olan Xocalı şəhəri yerlə yeksan edildi. Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün, şairə İmarət Cəmilli qələmə aldığı “Sağalan deyildir Xocalı dağı” poemasında qeyd edir: -Bu gün millətimin yaman günüdür, Bu gün ən dəhşətli zaman günüdür, Bu gün Xocalının aman günüdür, Bu gün qan qoxuyur Vətən torpağı- Sağalan deyildir Xocalı dağı... Xocalı soyqırımını unutmaq, bütöv bir torpağı, doğma Azərbaycanımızı unutmaq deməkdir. Xocalı nəinki Azərbaycanın, həmçinin, türk-müsəlman dünyasının daim qanayan yarasıdır. Xocalı əhalisi əsasən maldarlıqla məşğul idi və kənd təsərrüfatı sahəsində çalışırdı. Dağlıq Qarabağda yeganə hava limanı Xocalıda yerləşirdi. Qədim tarixə malik bu yurdda yerli əhalinin ov tüfəngləri belə Rusiya hərbçiləri tərəfindən əllərindən alınmışdı. Buna baxmayaraq insanlar könüllü surətdə gözətçi məntəqələri yaradıb dörd tərəfdən şəhərin müdafiəsini təşkil etməyə çalışırdılar. 1990-cı ilə Xocalı Əsgəran rayonunun tabeçiliyində idi. 1991-ci ildə Xocalıya şəhər(rayon) statusu verildi. Xocalıda ilk beşmərtəbəli bina tikldi, müasir tələblərə cavab verən 50 çarpayılıq xəstəxana inşa edildi. Xocalı Toxuculuq Fabriki açıldı. Təəssüf ki, şəhərin müdafiəsi çox zəif təşkil edilmişdi.                                                                                                                                             Xocalım heyyy!                        “Yaman yerdə gün döndü, axşam oldu,                          Dünya mənə xərabəyi şəm oldu.” O zaman Azərbaycan mətbuatının rəhbərliyində olanlar baş vermiş faciəni xalqdan gizlətməyə çalışırdılar. Prezident Aparatı Rəhbərliyinin təkidi ilə “Azərİnform” Agentliyi (indi AzərTAc) və “Xalq qəzeti” cəmi 2 nəfərin öldüyü, Xocalının bizdə olduğu barədə məlumat yaymışdı. Ağdamda 1 gündə 120 meyid qəbul edilmiş, yaralıların xəstəxanalarda yerləşdirilməsi nümunəvi şəkildə təşkil olunmuşdu. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, Tibb xidməti polkovniki  Pahim Hüseynov Ağdamda idi. O, Ağdam rayon Xəstəxanasının baş həkimi, tibb xidməti baş leytenantı Taryel Eyvazovla birgə yaralıların və əl-ayaqlarını don vuranlarların təxliyəsi üçün var qüvvəsilə çalışırdı. Ağdamda yerləşən 845 saylı hərbi hissənin komandiri, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Allahverdi Bağırov düşmən tərəflə razılaşma əldə etdi və meyidlərin geri qaytarılması prosesi sürətləndirildi. O günlər Ağdamın rayon mərkəzi qaynar qazanı xatırladırdı. Xocalı əhalisi ağdamlılara ümid yeri kimi baxırdı. Ağdam rayonunun əksər yaşayış məntəqələrinin sakinləri xocalıları evlərində yerləşdirmək, onlara maddi və mənəvi dəstək göstərmək üçün mümkün olan hər şeyi edirdilər. O məşum gecədə ən azı 613 nəfər işgəncə ilə qətlə yetirildi, 1275 nəfər əsir və ya girov götürüldü/ Itkin düşənlərin 155 nəfərinin taleyindən indiyə kimi xəbər yoxdur. Xocalı soyqırımı Türk dünyasının 1.000 illik salnaməsinə qanla yazıldı. “Bilməzdin, dünyanın dönük çağı var, Bilməzdin, qan tökən düşmən-yağı var. Artıq ürəyində oğul dağı var. Mərd çəkdin, yenə də mərd çək bu yası- Başını uca tut, şəhid anası!” Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Dövlət Başçısı cənab İlham Əliyevin polad iradəsi və Silahlı Qüvvələrin şəxsi heyətinin apardığı döyüş əməliyyatları nəticəsində işğal edilən ərazilər, həmçinin, Xankəndi və Xocalı şəhərləri düşmən tapdağından azad edildi.Artıq Dövlət Bayrağımız işğaldan azad edilən ərazilərdə dalğalanır. Allahın bu gününə şükürlər olsun. Hazırda işğaldan azad olunan ərazilərin minadan təmizlənməsi prosesi davam etdirilir. Özünü qondarma “Artsaq Respublikası” elan edən Xunta rəhbərlərinin bir neçəsi həbs edilərək Bakıya gətirilib. Hər birinin barəsində həbs-qəti imkan tədbiri seçilib.Ermənistan rəhbərliyi Konstitusiyada dəyişiklik etməyə hazırlaşır. Yeni layihədə Türkiyə və Azərbaycana qarşı olan ərazi  iddialarına son qoyulacaq. Üçrəngli bayrağımızın dalğalandığı Xocalıya, Xankəndiyə, Ağdam, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdərə və Xocavəndə qayıtdıq.  Gözləriniz aydın olsun, şəhid ataları-anaları, gözləriniz aydın olsun, şəhid övladları, qazilər! Gözləriniz aydın olsun, xalqımızın dəyərli övladları!Var olsun, müstəqil Azərbaycan Respublikası! Qalib Azərbaycan Ordusuna eşq olsun!Söhbətimizi aşağıdakı misralarla tamamlayırıq: “Sinən sipər olubdur torpağına, daşına, Cəsurları, ərləri toplamısan başına. Hünərlə atılmısan yurd-Vətən savaşına. Yox canında zərrəcə ölüm-itim qorxusu- Azərbaycan Ordusu!” Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında işğal edilən ərazilər düşmən tapdağından azad edildi. Allahın bu gününə şükürlər olsun. Ancaq, illər keçsə də Xocalı soyqırımı zamanı aldığımız ağır yaralar sağalmayacaq. Çünki, ermənilər XX əsrdə Xocalını 3 dəfə yandırıb, yerlə yeksan ediblər.                                     Ictimai Xadim Elnur Abasov Ədalət oğlu                                             Bakı, 26.02.2024.
Ekleme Tarihi: 29 Şubat 2024 - Perşembe

Sağalan deyildir Xocalı dağı...

Azərbaycanı Şərqdə doğan ilk Günəş, Şərqin qapısı adlandırırlar. 1918-ci il mayın 28-də Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdi. O zaman xain qüvvələr Azərbaycanda çaxnaşma yaratmaq, qazanılmış dövlət müstəqilliyini ləğv olunması üçün nələrə əl atmadılar. 1920-ci il aprelin 27-dən 28-ə keçən gecə Rusiyaya məxsus XI Qızıl Ordu hissələri Azərbaycana daxil olaraq Azərbaycan Demokratik (Xalq) Cümhuriyyətinin süqut etdiyini, yeni – Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığını elan etdilər. Azərbaycan, keçmiş SSRİ-nin tabeçiliyində olan 15 müttəfiq Respublikadan biri kimi öz dilini qoruyub saxladı. İqtisadiyyatın müxtəlif sahələrində xeyli uğurlar qazandı. Tarixə II Dünya müharibəsi kimi düşmüş savaş zamanı Azərbaycanın neft sənayesi öz sözünü dedi. 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində Azərbaycan xalqı tarixi qələbənin qazanılması üçün var qüvvə ilə çalışdı. Nəticədə 1945-ci il mayın 9-da Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı.

Yeraltı və yerüstü sərvətlərimizə görə torpaqlarımıza qənim kəsilən düşmənlər fürsət düşən kimi 1988-ci il fevralın 12-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran və Xankəndi şəhərlərində mitinqlərə başladılar. Onlar Muxtar Vilayətin Ermənistana birləşdirilməsi ilə əlaqədar məsələ qaldırdılar. Təəssüflər olsun ki, keçmiş SSRİ Rəhbərliyi, şəxsən Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi M.S.Qorbaçov erməniləri müdafiə etdi. Qafqazda Milli münaqişə ocağı yaradan SSRİ Rəhbərliyi istəyinə qismən də olsa nail oldu. Bütün sıxıntılara baxmayaraq Azərbaycan 1918-ci il aprelin 28-də itirdiyi dövlət müstəqilliyini bərpa etdi. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. SSRİ-nin sələfi olan Rusiya Federasiyasının Rəhbərliyi Qarabağda su yerinə qan axıtmaq üçün gizli planları işə saldı. 1991-ci il dekabrın 15-də Xocalı rayonunun Cəmilli kəndi, dekabrın 23-də Meşəli kəndi, dekabrın 28-də Kərkicahan qəsəbəsi, 1992-ci il fevralın 11-də Quşçular, fevralın 12-də  Malıbəyli kəndləri, fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi, fevralın 26-da isə Xocalı şəhəri işğal edildi. Rusiyaya məxsus 366-cı Motoatıcı Alayın şəxsi heyətinin bilavasitə köməyilə 7 min nəfərdən çox əhalisi olan Xocalı şəhəri yerlə yeksan edildi. Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün, şairə İmarət Cəmilli qələmə aldığı “Sağalan deyildir Xocalı dağı” poemasında qeyd edir:

-Bu gün millətimin yaman günüdür,

Bu gün ən dəhşətli zaman günüdür,

Bu gün Xocalının aman günüdür,

Bu gün qan qoxuyur Vətən torpağı-

Sağalan deyildir Xocalı dağı...

Xocalı soyqırımını unutmaq, bütöv bir torpağı, doğma Azərbaycanımızı unutmaq deməkdir. Xocalı nəinki Azərbaycanın, həmçinin, türk-müsəlman dünyasının daim qanayan yarasıdır. Xocalı əhalisi əsasən maldarlıqla məşğul idi və kənd təsərrüfatı sahəsində çalışırdı. Dağlıq Qarabağda yeganə hava limanı Xocalıda yerləşirdi. Qədim tarixə malik bu yurdda yerli əhalinin ov tüfəngləri belə Rusiya hərbçiləri tərəfindən əllərindən alınmışdı. Buna baxmayaraq insanlar könüllü surətdə gözətçi məntəqələri yaradıb dörd tərəfdən şəhərin müdafiəsini təşkil etməyə çalışırdılar. 1990-cı ilə Xocalı Əsgəran rayonunun tabeçiliyində idi. 1991-ci ildə Xocalıya şəhər(rayon) statusu verildi. Xocalıda ilk beşmərtəbəli bina tikldi, müasir tələblərə cavab verən 50 çarpayılıq xəstəxana inşa edildi. Xocalı Toxuculuq Fabriki açıldı. Təəssüf ki, şəhərin müdafiəsi çox zəif təşkil edilmişdi.

                                                                                                                                            Xocalım heyyy!

                       “Yaman yerdə gün döndü, axşam oldu,

                         Dünya mənə xərabəyi şəm oldu.”

O zaman Azərbaycan mətbuatının rəhbərliyində olanlar baş vermiş faciəni xalqdan gizlətməyə çalışırdılar. Prezident Aparatı Rəhbərliyinin təkidi ilə “Azərİnform” Agentliyi (indi AzərTAc) və “Xalq qəzeti” cəmi 2 nəfərin öldüyü, Xocalının bizdə olduğu barədə məlumat yaymışdı. Ağdamda 1 gündə 120 meyid qəbul edilmiş, yaralıların xəstəxanalarda yerləşdirilməsi nümunəvi şəkildə təşkil olunmuşdu. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, Tibb xidməti polkovniki  Pahim Hüseynov Ağdamda idi. O, Ağdam rayon Xəstəxanasının baş həkimi, tibb xidməti baş leytenantı Taryel Eyvazovla birgə yaralıların və əl-ayaqlarını don vuranlarların təxliyəsi üçün var qüvvəsilə çalışırdı. Ağdamda yerləşən 845 saylı hərbi hissənin komandiri, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Allahverdi Bağırov düşmən tərəflə razılaşma əldə etdi və meyidlərin geri qaytarılması prosesi sürətləndirildi. O günlər Ağdamın rayon mərkəzi qaynar qazanı xatırladırdı. Xocalı əhalisi ağdamlılara ümid yeri kimi baxırdı. Ağdam rayonunun əksər yaşayış məntəqələrinin sakinləri xocalıları evlərində yerləşdirmək, onlara maddi və mənəvi dəstək göstərmək üçün mümkün olan hər şeyi edirdilər.

O məşum gecədə ən azı 613 nəfər işgəncə ilə qətlə yetirildi, 1275 nəfər əsir və ya girov götürüldü/ Itkin düşənlərin 155 nəfərinin taleyindən indiyə kimi xəbər yoxdur.

Xocalı soyqırımı Türk dünyasının 1.000 illik salnaməsinə qanla yazıldı.

“Bilməzdin, dünyanın dönük çağı var,

Bilməzdin, qan tökən düşmən-yağı var.

Artıq ürəyində oğul dağı var.

Mərd çəkdin, yenə də mərd çək bu yası-

Başını uca tut, şəhid anası!”

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Dövlət Başçısı cənab İlham Əliyevin polad iradəsi və Silahlı Qüvvələrin şəxsi heyətinin apardığı döyüş əməliyyatları nəticəsində işğal edilən ərazilər, həmçinin, Xankəndi və Xocalı şəhərləri düşmən tapdağından azad edildi.Artıq Dövlət Bayrağımız işğaldan azad edilən ərazilərdə dalğalanır. Allahın bu gününə şükürlər olsun. Hazırda işğaldan azad olunan ərazilərin minadan təmizlənməsi prosesi davam etdirilir. Özünü qondarma “Artsaq Respublikası” elan edən Xunta rəhbərlərinin bir neçəsi həbs edilərək Bakıya gətirilib. Hər birinin barəsində həbs-qəti imkan tədbiri seçilib.Ermənistan rəhbərliyi Konstitusiyada dəyişiklik etməyə hazırlaşır. Yeni layihədə Türkiyə və Azərbaycana qarşı olan ərazi  iddialarına son qoyulacaq.

Üçrəngli bayrağımızın dalğalandığı Xocalıya, Xankəndiyə, Ağdam, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdərə və Xocavəndə qayıtdıq.  Gözləriniz aydın olsun, şəhid ataları-anaları, gözləriniz aydın olsun, şəhid övladları, qazilər! Gözləriniz aydın olsun, xalqımızın dəyərli övladları!Var olsun, müstəqil Azərbaycan Respublikası! Qalib Azərbaycan Ordusuna eşq olsun!Söhbətimizi aşağıdakı misralarla tamamlayırıq:

“Sinən sipər olubdur torpağına, daşına,

Cəsurları, ərləri toplamısan başına.

Hünərlə atılmısan yurd-Vətən savaşına.

Yox canında zərrəcə ölüm-itim qorxusu-

Azərbaycan Ordusu!”

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında işğal edilən ərazilər düşmən tapdağından azad edildi. Allahın bu gününə şükürlər olsun. Ancaq, illər keçsə də Xocalı soyqırımı zamanı aldığımız ağır yaralar sağalmayacaq. Çünki, ermənilər XX əsrdə Xocalını 3 dəfə yandırıb, yerlə yeksan ediblər.

 

                                  Ictimai Xadim

Elnur Abasov Ədalət oğlu

                                            Bakı, 26.02.2024.

Yazıya ifade bırak !
Okuyucu Yorumları (0)

Yorumunuz başarıyla alındı, inceleme ardından en kısa sürede yayına alınacaktır.

Yorum yazarak Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve gozcutv.com sitesine yaptığınız yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan tüm yorumlardan site yönetimi hiçbir şekilde sorumlu tutulamaz.
Sitemizden en iyi şekilde faydalanabilmeniz için çerezler kullanılmaktadır, sitemizi kullanarak çerezleri kabul etmiş saylırsınız.