deneme bonusu grandpashabet güncel adres giriş onwin grandpashabet grandpashabet marsbahis giriş marsbahis marsbahis giriş marsbahis giriş marsbahis giriş deneme bonusu 2023

Elnur ABASOV
Köşe Yazarı
Elnur ABASOV
 

Ali Baş Komandan İlham Əliyev düşmən tapdağında olan ərazilərin azad edilməsinə nail oldu!

Abasov Elnur Ədalət oğlu  İctimai Xadim     Azərbaycan Respublikasının tarixi qədim olduğu kimi, bir çox maraqlı faktlarla zəngindir. Tarixin dərinliklərinə nəzər salsaq, Azərbaycan Respublikasının ərazisində Azərbaycan türkləri ilə yanaşı digər xalqlar və tayfaların yaşadığını görərik. Xalqımız bacarıqlı olmaqla yanaşı döyüşkən ruha malik idi və dövlətin təkamülündə böyük rol oynamışlar. Dövlətçiliyin formalaşması prosesi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə özünün ən mükəmməl səviyyəsinə çatdı. Çünki bacarıqlı xalqların yaşadığı dövlətin başında bacarıqlı bir sərkərdə dururdu. Hələ qədim zamanlardan torpaqlarımızın daima düşmən hədəfində olduğunu bizə bəzi tarixi faktlar sübut edir. Bu tarixi faktların əsasını 1828-ci ildə Türkmənçay sülh müqaviləsi nəticəsində İrəvan və Naxçıvanın Rusiyaya ihlaq edilməsi təşkil edir. Həmçinin bu fakt bizə əzəli torpaqlarımız olan Qarabağın bizim olduğunu sübut edir. XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən ilk dəfə torpaqlarımız vahid dövlətdə birləşdirildi. Eyni ilə XXI əsrdə tarix bir daha təkrarlandı. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev əzəli Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirdi, ərazi bütövlüyümüzə nail oldu. Tarixən düşmənlərimiz tarixi boşluğu fürsət bilib, doğma yurdumuz Qarabağa hücum edib vəhşiliklər törətdi. Bunun nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən I Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsi işğal olundu.  Nə xoş bizim xalqımıza! Torpağımızın igid oğlu Heydər Əliyev imdatımıza yetişdi. Münaqişənin sonlanmasında Ümummilli lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Bəlkə də, heç bir dövlət  başçısının öhdəsindən gələ bilməyəcəyi siyasi və iqtisadi böhrandan diplomatik bacarığı sayəsində çıxaraq bu bütövləşdirmə siyasətini həyata keçirmişdir. 2003-cü ildə Ümummilli liderdən sonra hakimiyyətə gələn cənab prezident İlham Əliyev münaqişənin həllində bir addım belə geri çəkilməyəcəyini və bir qarış torpağı belə güzəştə getməyəcəyini açıqlamışdır.  2016-cı ildə atəşkəs rejimi dövründə Ermənistan Silahlı Qüvvələri və Müzəffər Ordumuz arasında büyük bir hərbi qarşıdurma baş verdi. Aprelin 5-nə qədər dəvam edən döyüş nəticəsində Cəbrayıl, Füzuli və Tərtər rayonları ərazisində bir çox əlverişli məntəqələr ələ keçirildi. Aprel döyüşləri tarixə “Böyük Zəfərin Başlanğıcı” kimi düşdü. Müharibənin bir addımlığında düşmənin Tovuz istiqamətində bir çox strateji məntəqə ələ keçirmək istəməsi Tovuz döyüşlərinin başlanğıcı oldu. Düşmən Azərbaycan Silahlı Qüvvələri tərəfindən məğlub edilsə də, General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev şəhid oldu. Prezidentin 9 dekabr 2020-ci il sərəncamı ilə şəhidlərimizə “Milli Qəhrəman” adı verildi. Əslində ermənilərin cəbhə xəttində müxtəlif xarakterli təxribatlar törətməsi, fərqli ölkələrlə təlim keçməsi onların müharibə hazırlığından xəbər verirdi. Nəhayət o gün gəlib çatdı! Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimizin və yaşayış yerlərinin atəşə tutulması nəticəsində hərbiçilərimiz və mülki əhali arasından yaralananlar oldu. Bu müharibənin başlaması üçün son damla oldu! Artıq Xudafərinin məskəni Cəbrayılın, tarixi-dini abidələri ilə zəngin Füzulinin, su mənbələri ilə zəngin Kəlbəcərin, ən əsası mədəniyyət mərkəzi, Xarıbülbülün vətəni, sıldırım qayalı Şuşanın azad edilmə vaxtı gəlmişdi. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər ordumuz əks-hücum əməliyyatlarına başladı. Ermənistan Silahlı qüvvələrinin daim təxribat törətməsi səbəbilə 28 Sentyabr saat 00:00-dan etibarən ölkə ərazisində hərbi vəziyyət və qismi səfərbərlik elan edildi. Oktyabr aylarından etibarən ermənilərin vəhşiliklərinə məruz qalmış torpaqlarımızın azad edilmə xəbərləri gəlirdi. Bu xəbərlər sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də böyük ruh yüksəkliyinə səbəb olurdu. Birlik və bərabərlik nümayiş etdirən xalq “Dəmir yumruğa ” sarılıb rəşadət nümayiş etdirdi. Xalqımızın yaşayış yerləri, Gəncə və Bərdə kimi iri şəhərləri ballistik raketlər və digər silahlarla atəşə tutulsa da, onların yaşayış yerlərini tərk etməməsi xalqımızın birliyinin və sarsılmazlığının nümunəsi idi. Eradan əvvəl qədim Hun dövlətinin, Səlcuqlarda Alp Arslanın istifadə etdiyi “qurd tələsi”, ”aypara” taktikasından 44 günlük müharibədə də istifadə edildi. 44 günlük müharibədə müzəffər ordumuz bir gün olsun geri çəkilmədi və bu ordumuzun məğlubedilməzliyini ortaya qoydu. Bəlkə də, adi gün kimi yaşadığımız 27 sentyabr və 8 noyabr tarixləri əhəmiyyətli gün kimi təqvimə daxil oldu. Düzdür, 27 sentyabr haqq-ədalət savaşında sarsılmaz qalaya çevrilən şəhidlərimizi yad etsək də, digər tərəfdən 8 noyabr Zəfər gününü keçirmək bizi təsəlli edirdi. Bu müzəffər Ali Baş Komanda İlham Əliyevin atasının siyasətini layiqincə dəvam etdirdiyinin sübutudur. Vətən uğrunda yurdu yaşatmaq üçün şirin canını fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik!!!
Ekleme Tarihi: 02 Mart 2024 - Cumartesi

Ali Baş Komandan İlham Əliyev düşmən tapdağında olan ərazilərin azad edilməsinə nail oldu!

Abasov Elnur Ədalət oğlu 

İctimai Xadim

 

 

Azərbaycan Respublikasının tarixi qədim olduğu kimi, bir çox maraqlı faktlarla zəngindir. Tarixin dərinliklərinə nəzər salsaq, Azərbaycan Respublikasının ərazisində Azərbaycan türkləri ilə yanaşı digər xalqlar və tayfaların yaşadığını görərik. Xalqımız bacarıqlı olmaqla yanaşı döyüşkən ruha malik idi və dövlətin təkamülündə böyük rol oynamışlar. Dövlətçiliyin formalaşması prosesi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə özünün ən mükəmməl səviyyəsinə çatdı. Çünki bacarıqlı xalqların yaşadığı dövlətin başında bacarıqlı bir sərkərdə dururdu.

Hələ qədim zamanlardan torpaqlarımızın daima düşmən hədəfində olduğunu bizə bəzi tarixi faktlar sübut edir. Bu tarixi faktların əsasını 1828-ci ildə Türkmənçay sülh müqaviləsi nəticəsində İrəvan və Naxçıvanın Rusiyaya ihlaq edilməsi təşkil edir. Həmçinin bu fakt bizə əzəli torpaqlarımız olan Qarabağın bizim olduğunu sübut edir. XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən ilk dəfə torpaqlarımız vahid dövlətdə birləşdirildi. Eyni ilə XXI əsrdə tarix bir daha təkrarlandı. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev əzəli Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirdi, ərazi bütövlüyümüzə nail oldu. Tarixən düşmənlərimiz tarixi boşluğu fürsət bilib, doğma yurdumuz Qarabağa hücum edib vəhşiliklər törətdi. Bunun nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən I Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsi işğal olundu.

 Nə xoş bizim xalqımıza! Torpağımızın igid oğlu Heydər Əliyev imdatımıza yetişdi. Münaqişənin sonlanmasında Ümummilli lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Bəlkə də, heç bir dövlət  başçısının öhdəsindən gələ bilməyəcəyi siyasi və iqtisadi böhrandan diplomatik bacarığı sayəsində çıxaraq bu bütövləşdirmə siyasətini həyata keçirmişdir. 2003-cü ildə Ümummilli liderdən sonra hakimiyyətə gələn cənab prezident İlham Əliyev münaqişənin həllində bir addım belə geri çəkilməyəcəyini və bir qarış torpağı belə güzəştə getməyəcəyini açıqlamışdır.

 2016-cı ildə atəşkəs rejimi dövründə Ermənistan Silahlı Qüvvələri və Müzəffər Ordumuz arasında büyük bir hərbi qarşıdurma baş verdi. Aprelin 5-nə qədər dəvam edən döyüş nəticəsində Cəbrayıl, Füzuli və Tərtər rayonları ərazisində bir çox əlverişli məntəqələr ələ keçirildi. Aprel döyüşləri tarixə “Böyük Zəfərin Başlanğıcı” kimi düşdü. Müharibənin bir addımlığında düşmənin Tovuz istiqamətində bir çox strateji məntəqə ələ keçirmək istəməsi Tovuz döyüşlərinin başlanğıcı oldu. Düşmən Azərbaycan Silahlı Qüvvələri tərəfindən məğlub edilsə də, General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev şəhid oldu. Prezidentin 9 dekabr 2020-ci il sərəncamı ilə şəhidlərimizə “Milli Qəhrəman” adı verildi. Əslində ermənilərin cəbhə xəttində müxtəlif xarakterli təxribatlar törətməsi, fərqli ölkələrlə təlim keçməsi onların müharibə hazırlığından xəbər verirdi. Nəhayət o gün gəlib çatdı! Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimizin və yaşayış yerlərinin atəşə tutulması nəticəsində hərbiçilərimiz və mülki əhali arasından yaralananlar oldu. Bu müharibənin başlaması üçün son damla oldu! Artıq Xudafərinin məskəni Cəbrayılın, tarixi-dini abidələri ilə zəngin Füzulinin, su mənbələri ilə zəngin Kəlbəcərin, ən əsası mədəniyyət mərkəzi, Xarıbülbülün vətəni, sıldırım qayalı Şuşanın azad edilmə vaxtı gəlmişdi. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər ordumuz əks-hücum əməliyyatlarına başladı. Ermənistan Silahlı qüvvələrinin daim təxribat törətməsi səbəbilə 28 Sentyabr saat 00:00-dan etibarən ölkə ərazisində hərbi vəziyyət və qismi səfərbərlik elan edildi. Oktyabr aylarından etibarən ermənilərin vəhşiliklərinə məruz qalmış torpaqlarımızın azad edilmə xəbərləri gəlirdi. Bu xəbərlər sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də böyük ruh yüksəkliyinə səbəb olurdu. Birlik və bərabərlik nümayiş etdirən xalq “Dəmir yumruğa ” sarılıb rəşadət nümayiş etdirdi. Xalqımızın yaşayış yerləri, Gəncə və Bərdə kimi iri şəhərləri ballistik raketlər və digər silahlarla atəşə tutulsa da, onların yaşayış yerlərini tərk etməməsi xalqımızın birliyinin və sarsılmazlığının nümunəsi idi. Eradan əvvəl qədim Hun dövlətinin, Səlcuqlarda Alp Arslanın istifadə etdiyi “qurd tələsi”, ”aypara” taktikasından 44 günlük müharibədə də istifadə edildi. 44 günlük müharibədə müzəffər ordumuz bir gün olsun geri çəkilmədi və bu ordumuzun məğlubedilməzliyini ortaya qoydu. Bəlkə də, adi gün kimi yaşadığımız 27 sentyabr və 8 noyabr tarixləri əhəmiyyətli gün kimi təqvimə daxil oldu. Düzdür, 27 sentyabr haqq-ədalət savaşında sarsılmaz qalaya çevrilən şəhidlərimizi yad etsək də, digər tərəfdən 8 noyabr Zəfər gününü keçirmək bizi təsəlli edirdi. Bu müzəffər Ali Baş Komanda İlham Əliyevin atasının siyasətini layiqincə dəvam etdirdiyinin sübutudur. Vətən uğrunda yurdu yaşatmaq üçün şirin canını fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik!!!

Yazıya ifade bırak !
Okuyucu Yorumları (2)

Yorumunuz başarıyla alındı, inceleme ardından en kısa sürede yayına alınacaktır.

Yorum yazarak Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve gozcutv.com sitesine yaptığınız yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan tüm yorumlardan site yönetimi hiçbir şekilde sorumlu tutulamaz.
Emil Hasilov
(03.03.2024 11:59 - #204)
Elnur Abbasov, əlinizə, ürəyinizə sağlıq! Çox gözəl yazıdır!
Yorum yazarak Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve gozcutv.com sitesine yaptığınız yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan tüm yorumlardan site yönetimi hiçbir şekilde sorumlu tutulamaz.
(0) (0)
Emil Hasilov
(03.03.2024 11:59 - #205)
Elnur Abbasov, əlinizə, ürəyinizə sağlıq! Çox gözəl yazıdır!
Yorum yazarak Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve gozcutv.com sitesine yaptığınız yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan tüm yorumlardan site yönetimi hiçbir şekilde sorumlu tutulamaz.
(0) (0)
Sitemizden en iyi şekilde faydalanabilmeniz için çerezler kullanılmaktadır, sitemizi kullanarak çerezleri kabul etmiş saylırsınız.